
Ombudsman hərbçi ailələrinə kirayə haqqı ilə bağlı verilən müavinətin artırılamsını təklif edir.
Gununsesi.info xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Bynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hərbçilərə xidmət etdikləri yerlərdə kirayədə yaşamaq üçün onlarla verilən müavinətlər yetərincə olmadığında . ciddi problemlər yaradır və bununla bağlı bizə çoxsaylı müraciətlər edilir. “Bu vəsait xeyli müddət bundan əvvəl müəyyənləşdiyindən indiki realalıqlara uyğun deyil və hərbçilərə kirayə haqqı ilə bağlı müavinətin həcminin artırılmasına ehtiyac avr. Bu nə qədər tez olsa o, qədər yaxşı olar”- deyə. E. Süleymanova bildirib.
E. Süleymanova eyni zamanda vətəndaşaların mənzil problemini həll etmək məqsədi ilə sosial mənzillərin tikintisisnin sürətləndirilməsini və sosila evlərin regionalarda da tikilməsini təklif edib.
Ombudsman həmçinin hökumətdən xarici valyuta ilə kredit götürən vətəndaşların problemlərinin həll edilməsinə dəstək verməsini təklif edib. O bildirib ki, hökumət bu sahədə addım atarsa, bu yaranmış gərginliyin aradan qaldırılmasına xidmət etmiş olar. O eyni zamanda övladları ödənişli ali təhsil alan əlillərə güzəşt verilməsini təklif etdi.
O bildirdi ki, əlillərin övladları imtahanlarını uğurla versələrdə, maddi imkanları olmadığında təhsillərini davam etdirə bilmirlər. “Ona görə də hesab edirəm ki, heç olmazsa, ilk mərhələdə 1-ci qrup əlillərinin övladlarına belə güzəştlər tətbiq edilsin”- deyə. E.Süleymanova bildirib.
Mürtəza
Gununsesi.info












