Hollandiya millisinin baş məşqçisi uğursuzluğa görə cəzalandırılıb

  • Müəllif: admin
  • 27 Mart 2017 08:52

danny-blind hollandiya millisi

Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, istefaya komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.

Son turda Bolqarıstana 0:2 hesabı ilə məğlub olan və 5 oyundan sonra cəmi 7 xal toplayan Hollandiya yığması hazırda “A” qrupunda 4-cü pillədə qərarlaşıb.

Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Fred Qrim icra edəcək.

Qeyd edək ki, 55 yaşlı D.Blind 2015-ci ilin iyulunda baş məşqçi vəzifəsinə təyin edilmişdi.

Gununsesi.info