Hollandiyadakı diaspor rəhbərinə təzyiqlər parlamentə müzakirə olundu

  • By admin
  • 30 Sentyabr 2016 12:33

 

qana

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Hollandiyada diaspor rəhbəri İlhan Aşkına qarşı ermənilərin şikayəti əsasında qaldırılmış cinayət işi məsələsi qaldırılıb.  Gununsesi.info xəbər verir ki, çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, iki il əvvəl mitinqdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı etiraz çıxışına görə ermənilərin sifarışı ilə polisə çağırılması Avropa kimi hüquqi məkanda olduqca ədalətsiz yanaşmadır. Deputat qeyd edib ki, bütün dünyadakı azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquşünaslar, vəkillər bu məsələdə diaspor liderimizə dəstək verməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, məsələ araşdırılıb, münasibət bildirilməlidir.

Deputat Fazil Mustafa da bildirib ki, diaspor rəhbəri Xocalı faciəsinə abidənin qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib: “Avropalılar gəlib bizə həbslərlə bağlı iradlar tutular. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işiq aldırılar. Biz ona dəstək olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına Haaqa polisindən məktub daxil olub və oktyabrın 4-də onu polis şöbəsinə dəvət ediblər. Məktubda deyilir ki, onun bu il iyunun 13-də və 17-də milli zəmində qanunsuzluq etməsi ilə bağlı polisə şikayət olunub. Buna səbəb kimi Almelo şəhərində 2014-cü il iyunun 1-də keçirilən aksiyada “Qarabağ ermənilərə məzarı olacaq” ifadəsi ermənilər tərəfindən narazılıq yaradıb.

Gununsesi.info