“Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilib - FOTOLAR

  • By admin
  • 30 Sentyabr 2016 12:38

sergi2

Bu gün “Yəhudilərin müqəddəs torpaqlarda 3500 illik əlaqəsi” adlı sərgi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. O bildirib ki,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına əsasənV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilib.

Onun sözlərinə görə,  Komitə tərəfindən bu ilin  iyul ayında iudizim dininə həsr olunan – xalq, kitab, torpaq, yəhudi xalqının müqəddə torpaqlarla 3500 illik əlaqəsi adlı sərginin açılışı keçirilib: “Bu sərgi YUNESKO, ABŞ, Kanada, hökumətləri və Simon Vizyental Mərkəzinin dəstəyi ilə hazırlanıb. Daha öncə BMT-nin Nyu-York şəhərində yerləşən mənzil qərargahında, YUNESKO-nun Paris şəhərində yerləşən mənzil gərərgahında, ABŞ Konqresində, İsrail Keresetində, həmçinin Vatikan, Danimarka və Almaniyada keçirilib”.

Mədəni və maarifləndirici xarakter daşıyan bu sərginin Paris və Vaşiqtondakı açılışılarında YUNESKO-nun baş katibi xanım İrina Bokovanın da iştirak etdiyini söyləyən  M.Qurbanlı  bildirib ki, 2016-cı ilin yanvar ayında ABŞ-da fəaliyyət göstərən Simon Vizyental Mərkəzinin direktor mavini Robin Abraham Kuperin Bakıya səfəri zamanı Azərbaycanı tolerant və multikulturalizm ənənələrini yüksək qiymətləndirərək sərgini ölkəmizə bağışlamış və burada nümyiş olunmasını təklif edib: “Təklif  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib”-deyə o bildirib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədr müavini Səyyad Aranlı və Azərbaycanda fəaliyyət göstərən dini qurumların nümayəndələri, eləcə də dünyanın bir sıra ölkələrindən gəlmiş din xadimləri iştirak ediblər.

sergi4 ergi3 sergi3 sergi1 sergi

Gülnaz Qənbərli

Gununsesi.info