Hulusi Akarın Azərbaycana gəlişinin SƏBƏBİ

  • By admin
  • 05 Dekabr 2022 13:48

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri çərçivəsində birgə təlimləri izləyəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

“Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək”, – deyə nazirlik rəsmisi bildirib.

Gununsesi.info