Oksford lüğəti ilin sözünü seçdi

  • By admin
  • 05 Dekabr 2022 13:58

Oksford İngilis dili lüğəti 2022-ci ilin sözü kimi “goblin mode” jarqon terminini seçib.

Gununsesi.info xəbər verir ki, bu barədə Oksford Universitetinin nəşriyyat departamentinin saytında məlumat verilib.

Oksford Lüğətinə görə, “qoblin rejimi” insanın öz istəklərinə tabe olması, “tənbəllik, səliqəsizlikvə xəsislik” əsasında qurulan davranışı ifadə edir.

Qeyd olunur ki, bu cür davranış adətən sosial normalara və gözləntilərə əməl etməkdən imtina ilə müşayiət olunur.

İfadənin ilk dəfə 2009-cu ildə Tvitter istifadəçiləri tərəfindən işlədildiyi, lakin 2022-ci ildə korona virus pandemiyası səbəbiylə qapanmalar zamanı “viral” olduğu da bildirilir.

Gununsesi.info