“Human Rights Watch” Azərbaycanı tənqid edən hesabat yayıb

  • By admin
  • 12 Yanvar 2023 11:50

 

“Human Rights Watch” insan haqları təşkilatı 2022-ci illə bağlı hesabatını yayıb.

Gununsesi.info-nun təşkilatın saytına istinadən verdiyi xəbərə görə, hesabatda Azərbaycan hökuməti tənqid edilib.

Sənəddə deyilir ki, mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 belə şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır.

Hesabatda deyilir ki, məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətini əngəlləməkdədir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.

Sənəddə  ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında sərhəd toqquşmalarından da söz açır. Qurum həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni əsgərin Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunduğunu bildirir.

“Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb.

Hələlik, hökumətin bu hesabata münasibəti açıqlanmayıb.

Tərcümə:

Mais