Hüquq müdafiəçisi AŞPA-nın yeni həmməruzəçisi ilə görüşüb

  • By admin
  • 24 Yanvar 2023 22:09

AŞPA-nın qış sessiyasında iştirak edən insan haqları fəalı Zaur Əkbər qurumun Azərbaycan üzrə həmməruzəçisi Lise Christoffersen ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya danışan Zaur Əkbər deyib ki, görüşdə ölkədə mövcud ictimai-siyasi durumu, insan haqlarının ümumi vəziyyətini, siyasi məhbuslar, xüsusilə də Bəxtiyar Hacıyevin məsələsini müzakirə edib.

“Tərtər işi” də müzakirə olunan mövzulardan oldu.

Görüşdə müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, habelə Avropa Şurası Monitorinq Departamentinin rəhbəri Agnieszka Nachilo da iştirak edirdi”.

Gununsesi.info