Hüquq müdafiəçisi Sahil Babayevi məhkəməyə verəcək – FOTO

  • By admin
  • 17 Dekabr 2020 21:40

İctimai fəal, Müdafiə Xətti hüquq müdafiə təşkilatının təsisçilərindən biri Zaur Əkbər 190 manatlıq yardım üçün hökumətə etdiyi müraciətə absurd cavab aldığını bildirir.

O, fb səhifəsində yazıb: * Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,190 manatla bağlı qurumunuza ünvanladığım məktubda guya adıma hansısa torpaq mülkiyyətinin olması barədə verdiyiniz cavab çox gülünc və əsassızdır.

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası ərazisində adıma nəinki torpaq, heç qara bir çöp də yoxdur. Bundan əlavə, karantin dövrünü əhatə edən aprel və may ayları üçün mənə birdəfəlik ödəmə olan 190 manat ayrıldığı halda, heç bir tutarlı əsas olmadan bu məbləğ iyun və iyul ayları üçün ödənməyib.

Hesab edirəm ki, bununla bağlı məktuba verdiyiniz cavab ağ yalan olmaqla yanaşı həm də vətəndaşı ələ salmaqdır. Odur ki, haqqımı qorumaq üçün prosesi yerli məhkəmə səviyyəsində aparacam. Yox, əgər yerli məhkəmələr ədalətli qərar vermədiyi halda Avropa İnsan Haqları Məhkəməsində ədaləti bərpa edərək bu məbləğin 20 qatını sizdən alacam.

 

 

Gununsesi.info