Hüquqi şəxslərdə apellyasiya şuraları yaradılır - FƏRMAN

  • Müəllif: admin
  • 06 May 2019 17:29

Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman” imzalayıb.

Gununsesi.org xəbər verir ki, fərmanla dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılıb.

Fərmanla “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib.