Huşsuz halda xəstəxanaya gətirilən şəxs öldü

  • Müəllif: admin
  • 29 Sentyabr 2017 19:26

8cce04d9f0f7ce46c685e6fdb185a1d2

 

Bakıda küçədə huşsuz vəziyyətdə aşkarlanan şəxs vəfat edib. Lent.az xəbər verir ki, dünən Xəzər rayonu Binə qəsəbə sakini, 1976-cı il təvəllüdlü Hacıyev Mehman Məhəmməd oğlu Mərdəkan qəsəbəsində küçədə huşsuz vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Gununsesi.info