“Hyundai” 978 min avtomobilini geri çağıracaq

  • By admin
  • 16 Mart 2017 17:06

hunday

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Hyunday konserni ABŞ-dan təqribən 978 min avtomobilini geri çağıracaq.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi avtomobillərin təhlükəsizlik kəmərlərində problemin aşkarlanmasıdır.

ABŞ Milli Otoyol Trafik Təhlükəsizliyi İdarəsinin verdiyi məlumata görə, geri çağırılan model məhz 2011-2014-cü illərdə istehsal olunmuş “Hyundai Sonata” modelidir.

Qeyd edək ki, avtomobillərin geri çağrılması prosesinə apreldə start veriləcək.

Anar
Gununsesi.info