İcarədar satıcını qısqanclıq zəminində qətlə yetirdi

  • By admin
  • 04 İyul 2016 14:09

 

 

bicaq

Bakı şəhər sakini 55 yaşlı Vidadi  Qarayev tanışı, 22 yaşlı Gülpəri  Aslanlıya üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə zərbə vurub.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın  Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən piyada keçidindəki mağazada qeydə alınıb.Gənc qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qətllə bağlı xəbər tutan tutan hüquq-mühafizə orqanları əməkdaşları hadisə baş verən ünvana gəliblər. Müvafiq ekspertizalar təyin olunub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Gülpəri Aslanlı həmin dükanda satıcı işləyib. Onu öldürməkdə şübhəli bilinən Vidadi Qarayev isə həmin dükanın icarədarıdır. Cinayəti törətməkdə şübhəli bilinən Vidadi Qarayev Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Ilkin ehtimala görə, Vidadi Qarayev Gülpərini qısqanclıq zəminində qətlə yetirib. Faktla bağlı Cinayət məcəlləsinin 120.1-ci- qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info