Direktor: “Ruslar Türkiyəni seçir, ancaq qiymət endirilsin”

  • By admin
  • 04 İyul 2016 14:06

turist

 

Daha çox Rus turistlər Türkiyəyə getmək istəyir, ancaq qiymətlərin endirilməsini gözləyirlər. Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu açıqlamasında Rusiya turoperatorlar assosasiyasiyasının icraçı direktoru Maya Lomidze deyib.

Onun sözlərinə görə, hazırda rus turistlərin Türkiyə istiqamətində canlanma qeyd olunmaqdadır: “Dəqiq rəqəm demək çətindir. Çünki hər 10-15 dəqiqədə bu istiqamətdə gedənlərin sayında ciddi dəyişiklik olur və ona görə də komnkret rəqəm demək çətindir. Biz həftəlik yekunun nəticəsinə uyğun nəsə açıqlaya bilərik”.

Lomidze onu da əlavə edib ki, Türkiyədə istirahət edib orada pul xərcləmək arzusunda olan Rus turistlər var, ancaq onlar turpaketlərin qiymətinin endirilməsini arzu edirlər.

Gununsesi.info