İcbari tibbi sığortanın tətbiqinə start verilir

  • By admin
  • 05 İyul 2016 15:32

sigorta

 

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair dövlət qurumları ilə müzakirələr aparır. Bu haqda Gununsei.info-ya agentliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, icbari tibbi sığortanın pilot qaydada tətbiqi üzrə rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir. Pilot layihənin 1 rayon və 1 şəhərtipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək.

Pilot layihənin həyata keçirilməsində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

Gülnaz Qənbərli