Nazir: “Yeni vasitəçilərə ehtiyac yoxdur”

  • By admin
  • 05 İyul 2016 15:27

 

erland

 

Qarabağ münaqişəsinin həllinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarına yeni vasitəçilərin cəlb olunmasına ehtiyac yoxdur. Gununsesi.info Qazaxstan mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Qazaxstanın xarici işlər naziri Erlan İdrisov iyulun 5-də keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, ATƏT MQ həmsədrlərinin vasitəçilik mexanizmi danışıqları aparıb nəticəyə nail olmaq üçün yetərlidir. “Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu yaradılıb. Ona görə də fikirləşirəm ki, münaqişənin həllinə yeni moderatorların cəlb edilməsi ilə bağlı axtarışlara ehtiyac yoxdur”, – E.İdrisov vurğulayıb.

Onun fikrincə, Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret prinsipləri var və bu prinsiplərlə nəticəyə nail olmaq olar.

 

Gununsesi.info