İcra Hakimiyyətinin qarşısında gənc oglanı avtomobil vurdu

  • By admin
  • 18 İyun 2018 10:00

Hadisə piyada zolağında baş veribSabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır bədən xəsarətləri alıb.

Gununsesi.info-nun “Report”a istinadən xəbərinə görə, qəza Bakıxanov qəsəbəsində baş verib.

Abbasqulu Ağa Bakıxanov küçəsində Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısından piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyən 1994-cü il təvəllüdlü Mustafayev Ruslan Oqtay oğlunu “Kia” markalı avtomobil vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.