Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb

  • By admin
  • 18 İyun 2018 09:57

 

İyunun 10-da Böyük Britaniyanın Hitrou hava limanında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan Finlandiya vətəndaşı azadlığa buraxılıb.

Bu barədə Skotland-Yardın məlumatında deyilir.

Məlumata bildirilir: “29 yaşlı Finlandiya vətəndaşı iyunun 15-i azadlığa buraxılıb”.

Qeyd edək ki, son iki il ərzində 43 Finlandiya vətəndaşı Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

2016-cı ildə Birləşmiş Krallığın ərazisində Finlandiya pasportuna malik somalili gənc, 2017-ci ilin sentyabrında isə ikili vətəndaşlıqları olan (Böyük Britaniya və Finlandiya) iki nəfər saxlanılıb və məhkum edilib.

 

GUNUNSESİ.İNFO