Zərdabda 12 yaşlı oğlan Kürdə batıb

  • Müəllif: admin
  • 18 İyun 2018 09:55

Zərdabda 12 yaşlı oğlan Kürdə batıb

Kür çayının Zərdab rayonunun Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur.

Gununsesi.info “Qafqazinfo”ya istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.