İcra Hakmiyyəti küləyin fəsadları barədə açıqlama verdi

  • By admin
  • 26 Sentyabr 2017 22:36

Wind_Tree_100413

Sentyabrın 25-də gecə saatlarında Masallı rayonunda baş verən güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb.

Gununsesi.info xəbər verir ki, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Trend-ə açıqlamasında bildirib ki, külək rayon ərazisinə ciddi ziyan vurub.

O qeyd edib ki, gecə saatlarında güclü külək olub:

“Nəticədə şəhərin mərkəzində yaşayış binasının damı sıradan çıxıb, bir-neçə iri gövdəli ağac kökündən qırılıb. Elektrik dirəklərinin aşması nəticəsində rayonun 40 faizinin elektrik enerjisi ilə təchizatında problem yaranmışdı. Artıq işıq dirəkləri bərpa olunub və rayon ərazisinə elektrik enerjisinin verilməsi təmin edilib”.

N.Muxtarlı deyib ki, binanın dam örtüyünün bir hissəsi bərpa edilib:

“Hazırda rayon ərazisində küləyin fəsadlarının aradan qaldırılması ilə bağlı təmizlik işləri davam etdirilir”.

Gununsesi.info