İtaliyanın Liqnano şəhərində cüdo idman növü üzrə ənənəvi “Alpe Adrea” beynəlxalq turnir keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycanın yığma komandasının da iştirak etdiyi bu turnirdə Avropanın müxtəlif ölkələrindən 1000-dən artıq cüdoçu mübarizə aparıb.
Gərgin mübarizə şəraitində iki gün davam edən turnirin nəticələrinə əsasən, Təhsil Nazirliyinin 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri yüksək nəticə qazanıblar. 55 və 81 kq çəki dərəcələrində Hacı Musayev, Naim Hüseynov I yeri tutaraq qızıl, 60 və 81 kq çəki dərəcələrində Tofiq Məmmədov və Samir Məmmədov III yeri tutaraq bürünc medal qazanıblar.
Anar
Gununsesi.info