İki avtobus toqquşdu, - 25 nəfər ölü, 50-dən çox yaralı var

  • By admin
  • 17 Oktyabr 2016 14:20
toq
Avtobusların toqquşması nəticəsində 25-dən artıq adam ölüb. Hadisə nəticəsində isə 50-dən artıq yaralanıb.
Gununsesi.info xəbər verir ki, hadisə Pakistanda baş verib. Dunya News telekanalının verdiyi məlumata görə,  iki avtobusun toqquşması nəticəsində 25-dək ölən və 50-dən artıq yaralanan var. Hadisə Pakistanın Kəraçi əyalətində baş verib. Belə ki, Kəraçidən Qudjarata gedən avtobusla Laxhordan Kəraçiyə gələn avtobus toqquşub. Yaralıların əksəriyyəti   ağır vəziyyətdədir. Əksər sərnişinlər  avtobusların salonunda  sıxılmış vəziyyətdə qalıb.
Sıxılmış vəziyyətdə qalan sərnişinləri hadisə yerinə gələn xilasedicilərin yardımı ilə çıxarmaq mümkün olub. Xilasedicilər  avtobusun hissələrini xüsusi ələtlə kəsərək çıxarmaq mümkün olub. Hətta  bir çox ölənin kimliyini müəyyən etməkdə  çətinliklər yaranıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Gununsesi.info