Murad Arif: “Aparıcı müğənnilər yalnız maddi tərəfi düşünür”

  • By admin
  • 17 Oktyabr 2016 14:10

murad

Şoumen və bəstəkar Murad Arif ARB televiziyasında “Gəlin danışaq” verilişinin qonağı olub.

Gununsesi.info xəbər verir ki, səmimi söhbət zamanı Murad Arif aparıclıq edən müğənnilərin bostanına daş atıb. Onları tənqid edərək işlərinə soyuq yanaşmalarını pisləyib.

“Elə müğənnilər var ki, onlar pul qazanmaq üçün sənətə gəlib. Baxırsan ki, bütün parametrlər yerindədir amma oxudğu mahnıya münasibəti yoxdur adəcə pul xatirinə oxuyur. Elə birilərini  görın sponsurlara yazığım gəlir. Ona pul ayırmaqdansa get 3 otaqlı mənzil al qoy bil ki, nəsə kənarda var. Münasibətsiz ifaya, aparıcılığıa pis baxıram. Müğənni populyardır deyə oturur və düşünür ki, “mən neyniyim? gəl bir veriliş açım” sentyabrda açır verilişi,  ansamblını düzür nə normal aparıcılıq edir nə də söhbəti bişirib tamaşaçıya təqdim edir. Azərbaycanda əksər veriliş açan müğənnilər yalnız maddi tərəfini düşünür və toy tutmaq barədə fikirləşir”.

Gununsesi.info