İki azyaşlı bədbəxt hadisə nəticəsində ölüb  

  • By admin
  • 20 İyun 2016 13:47

 

usaq

 

Azərbaycanda iki azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisələrdən biri Bakının Xətai rayonunda qeydə alınıb.

Belə ki, iyunun 19-da Xətai rayonu ərazisində yaşayan azyaşlı Aylin Səfərova 3-cü mərtəbədəki evlərinin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Digər hadisə Saatlı rayonunda baş verib. İyunun 19-da Saatlı rayonunda yaşayan azyaşlı Ağaxan Fərzəlizadəni elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info