İki fəsil bir arada - FOTOLAR

  • By admin
  • 11 Noyabr 2016 10:36

fesil1

Türkiyənin Van şəhərində yüksəkliklərin qarla örtülməsi insanlara payız ilə qışı bir arada yaşadır.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van şəhərinin Çatak bölgəsi payızın qızıl rənglərinə boyandığı halda, 50 km aralıda yerləşən Bağçasarayda qarlı hava müşahidə olunur. Yerli sakinlər möhtəşəm təbiəti və yüksək dağları ilə hər fəsil fərqli gözəlliklərə sahib olan Çatakdan yarım saat uzaqlaşaraq Bağçasarayda qar topu oynaya bilirlər. Bal, qoz, alabalıq kimi təbii nemətlər ilə zəngin Çatak və Bağçasaray vilayətləri sakitliyi, təmiz havası və təbiəti ilə turistləri cəlb edən bölgələrdir. Payız ilə qışın birləşdiyi möhtəşəm mənzərələri əks etdirən fotoşəkilləri sizə təqdim edirik.

fesil

Nigar Cəfərli

Gununsesi.info