İki nəfər pəncərədən yıxılaraq ölüb

  • By admin
  • 11 Avqust 2016 11:50

pencere

 

Azərbaycanda bədbəxt hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Gununsesi.info Daxili İşlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 10-da Nərimanov rayonu ərazisində yaşayan 49 yaşlı Namiq Sultanov ehtiyatsızlıqdan evinin pəncərəsindən (5-ci mərtəbə), Şəki şəhərində yaşayan Ziyəddin Abdurəhmanov isə evinin eyvanından (2-ci mərtəbədən) yıxılaraq ölüblər.

Faktlarla bağlı araşdırmalar aparılır.