İki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 02 Oktyabr 2016 23:01

yollllllllllllllllllllllllllllllllll

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

99 AC 039 dövlət nömrə nişanlı”Azsamand” markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı maşın “Ford” toqquşub.

Qəza nəticəsində “Azsamand” yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində “Azsamand”da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə “Ford” markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın  hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Gununsesi.info

 

Faktla bağlı araşdırmalar davam etdirilir.