İki qrup arasında kütləvi dava nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb - MOSKVADA

  • Müəllif: admin
  • 02 İyun 2017 07:28

moskva-2

Moskvada iki qrup şəxs arasında atışma ilə müşayiət olunan kütləvi dava nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  insident “Krılatskiye xolmı” keçəsində baş verib. İki qrup şəxs arasında mübahisə atışma ilə müşayiət olunan davaya çevrilib.

İki şəxs bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Xəsarət almış daha bir neçə şəxsə hadisə yerində tibbi yardım göstərilib. Fakt üzrə araşdırma aparılır, təfərrüatlar müəyyənləşdirilir.

Münaqişə iştirakçılarının milliyyəti açıqlanmır.

Gununsesi.info