İki uşaq anası kür çayında batdı - Toy yasa çevrildi

  • By admin
  • 21 İyul 2016 10:22

kur

Sabirabadın rayonun Muradbəyli kənd sakini Daşdıyeva Almaz Küç çayında batıb.

Gununsesi.info “azvision.az”a istinadən xəbər verir ki,  2 uşaq anası olan A.Daşdıyeva dünən səhər saatlarında Kür çayının kənarında işıq mühərrikini işə salan zaman onu elektrik cərəyanı vurub.
Müvazinətini itrən qadın Kür çayına düşüb. Axtarışlara baxmayaraq, onun cəsədini tapmaq mümkün olmayıb.
Məlumata görə, A.Daşdıyeva həmin gün qardaşı qızının toyuna getməyə hazırlaşırmış. Bədbəxt hadisə nəticəsində toy yasa çevrilib.