Xəzər daha bir can aldı

  • By admin
  • 21 İyul 2016 10:31

cimerlik

Xəzər dənizində daha bir nəfər batıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb sudan çıxarılıb.
İyulun 20-də Bakı şəhəri, Xəzər rayonunda batmış 1983-cü il təvəllüdlü Əliyev Orxan Rafiq oğlunun cəsədi də nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info