İki uşaq atası intihar etdi

  • Müəllif: admin
  • 19 Oktyabr 2017 09:20

intihar

Goranboy rayon sakini özünü asaraq intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Kənd sakini,  1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.

İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info