İlham Əliyev Anlaşma Memorandumunu təsdiq etdi

  • By admin
  • 14 Noyabr 2018 15:30

Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çili Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

“Gununsesi.org” un məlumatına görə, fərmana əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çili Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, eləcə də memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili hökumətinə bildiriş göndərməlidir.