İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

  • By admin
  • 30 Oktyabr 2022 12:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.

Gununsesi.info