İlham Əliyev koreyalı həmkarına başsağlığı verib

  • Müəllif: admin
  • 27 Yanvar 2018 12:10

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti Mun Ce-inə başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Gununsesi.info