İlham Əliyev Polşa prezidentilə görüşüb

  • By admin
  • 09 İyul 2016 09:00

polsa

 

İyulun 8-də Varşavada Prezidenti İlham Əliyevin Polşa Prezidenti Andjey Duda ilə görüşü olub. Gununsesi.info xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olunub.

 

Gununsesi.info