İlham Əliyev Şahin Mustafayevi Milli Koordinator vəzifəsindən azad etdi - SƏRƏNCAM

  • By admin
  • 03 İyul 2020 19:12

Prezident İlham Əliyev “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, sərəncamla Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.

 

 

Gununsesi.org