İlham Əliyev və Mehriban Əliyeva Litvanın keçmiş Prezidentinə başsağlığı verdi

  • By admin
  • 21 May 2023 13:27

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

Gununsesi.info