“İlin 365 günü içərisində ən böyük haqsızlığa uğrayan gün 24 apreldir, çünki…” - DEPUTAT

  • By admin
  • 24 Aprel 2017 13:17

taqvim

“İlin 365 günü içərisində ən böyük haqsızlığa uğrayan gün 24 apreldir, məncə. Bir çoxlarımız 24 aprel gələndə uydurma günüdür deyə üz-gözümüzü turşuduruq, hətta onu lənətləyənlər də olur. Yaxşı, bu günün suçu nədir ki, haylar uyduruma soyqırımlarını ona pərçimləyiblər”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

Deputatın dediyinə görə, onlar eyni məntiqlə fevralın 31-ni də soyqırımı günü kimi qeyd edə bilərlər:

“Əslində aramızda elələri var ki, ya özləri, ya doğmaları bu gün doğulublar, bu gün kiməsə qəlblərini açıblar, ən böyük uğurlarını bu gün əldə ediblər.

Yəni, 24 aprel də sevinməli, sevilməli, yaşanmalı və yaşadığımız üçün də Tanrıya şükür edilməli bir gündür. Hayların soyqırımına gəldikdə isə olsa-olsa, o, fevralın 31-də baş verib. Kədərlənmək istəyənlər həmən gün kədərlənə bilərlər”-deyə, millət vəkili sonra qeyd edib.

Gununsesi.info