
“İngilis Moda Mükafatları” (British Fashion Awards) dünən Londonda “Royal Albert Hall”-da təşkil edilən tədbirdə öz sahibini tapıb.
Gununsesi.info-nun “Vatan” qəzetinə istinadən xəbər verir ki, ötən həftə ikinci dəfə “Victorias Secret” şousunun defilesinə çıxan 21 yaşlı amerikalı model Djelena Nura Xadid “İlin modeli” adına layiq görülüb.
“İlin modeli” mükafatı uğrunda mübarizə aparanlar arasında Nura Xadidin baçısı Bella Xadid və ən yaxın dostu Kendall Djenner da vardı. Ötən il isə “İlin modeli” mükafatına Kendall Djenner layiq görülüb.
Nura Xadid baçısı Bella Xadidi məğlub edərək mükafatı evinə aparıb.
Tommy Hilfiger, Ralph Lauren, Balmain, Mark Jacobs, Topshop və Diorkimi bir çox beynəlxalq markanın kampaniyasında iştirak edən Nura Xadid 13 milyon dollarlıq sərvətə sahibdir.
Fələstinli Məhəmməd Xadid və Niderland əslli amerikalı köhnə model İolanda Xadidin qızı olan Nura Xadid 23 aprel 1995-ci ildə Los-Angelesdə dünyaya gəlib.
Amerikalı modelin boyu təxminən 179 santimetrdir.
Anar
Gununsesi.info










