İmişlidə Leninlə Nərimanovun “atılmış başları” tapıldı - FOTOLAR

  • Müəllif: admin
  • 24 Mart 2017 12:12

017424954_1413583455370518_6712186380533066263_n1490341229

Azərbaycanın İmişli rayonu ərazisində proletariatın dahi rəhbəri, keçmiş Sovet İttifaqı kimi ilk sosialist dövlətin əsasını qoymuş Vladimir İliç Leninin və onun silahdaşı olmuş Azərbaycanın ictimai-siyasi, dövlət xadimi Nəriman Nərimanovun atılmış abidələri tapılıb.

Gununsesi.info modern.az saytı xəbər verir ki, İmişli rayonunun Bəcrəvan kəndi ərazisindəki çöllüyə atılmış həmin abidələr təsadüfən ova çıxmış rayon sakini Saleh Qafarlının rastına çıxıb. O, Leninin və Nərimanovun atılmış abidələrinin görüntüsünü mobil telefonunun yaddaşına köçürüb

Şəkildən göründüyü kimi, Lenin büstündən dahi rəhbərin “başı” qoparılıb.

Büstlərin haradan götürüldüyü və kimlərin gətirib onları çöllüyə atdığı barədə məlumat verilmir…

117425994_1413614665367397_2734209463030238717_n1490341229

Gununsesi.info