İmtahanında istifadə olunmuş testlərin izahı DİM-in saytında yerləşdirilib

  • By admin
  • 24 İyul 2017 12:16

dim-1

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahıDövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən Gununsesi.info-ya verilən məlumata görə, 22 iyulda ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Anar
Gununsesi.info