İmtahanlarının nəticələrilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

  • By admin
  • 21 İyun 2017 14:42

dovlet-imtahan-merkezi-dim1

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 17-də keçirilimiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.  

DİM-dən Gununsesi.info-ya verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Şagird və ya abituriyentlər Apelyasiya Komissiyasına 21-23 iyun tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Anar

Gununsesi.info