“İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb” -XİN

  • By admin
  • 28 Noyabr 2022 20:42

Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.

A.Hacızadə qeyd edib ki, indiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb.

Gununsesi.info