İnsan ömrü uzanır - ALİMLƏRƏ AÇIQLAMA

  • By admin
  • 12 Noyabr 2016 13:07

omur

İnsan ömrünün 120 ilə qədər uzandığını təsəvvür edin. Bu xəyal artıq uzaqda deyil. 3D printerlər vasitəsilə hazırlanan orqanlar və erkən diaqnoz üsulları ilə xəstəliklərin aşkar edilməsində məqsəd insan ömrünü 120 ilə qədər uzatmaqdır. Əvvəllər xərçəng və digər xəstəliklər inkişaf zamanı təsbit edilirdi. İndi isə rəqəmsallaşan tibb xidməti sayəsində bir çox xəstəlik ilk mərhələdə, hətta başlamadan aşkar olunur. Nəticədə xəstəliklərin müalicəsi asanlaşır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, erkən diaqnoz mövzusunda çevriliş edəcək hadisə “Google” şirkətindən gəlib. “Google X laboratoriyası” ağıllı həb istehsal edib. Bir çox xəstəliklərə erkən diaqnoz qoyacağı gözlənilən bu həb dəmir-oksid tərkiblidir. Maqnetik dəmir-oksid hissəcikləri xəstə hüceyrələrə yapışaraq onları özünə doğru çəkir. Xəstə qoluna taxılan cihaz sayəsində bu prosesləri müşahidə edə biləcək. Lakin bu layihədən istifadə olunması 5 il sonraya planlaşdırılıb.

Nigar Cəfərli

Gununsesi.info