
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Snapchat sosial şəbəkəsinin ən bəyənilən xüsusiyyəti Instagram-a tətbiq edilib.
Belə ki, artıq sosial şəbəkənin “Hekayə” bölümünə yerləşdirilən fotoşəkil və ya videoların ekran görüntüsünü çəkərkən ehtiyatlı olmaq lazımdır. Çünki bu əməliyyatı yerinə yetirən zaman postu yerləşdirən istifadəçiyə bildiriş gedəcək. Qeyd edək ki, “Hekayə” bölümünə yerləşdirilən fotoşəkil və videolar 24 saatdan sonra avtomatik olaraq silindir və bu sosial şəbəkələr qısa müddətli postların yayılmaması üçün bu addımı atıb.
Nigar Cəfərli
Gununsesi.info