İnsulta səbəb olan “səssiz qatil”

  • By admin
  • 19 May 2022 09:04

Arterial hipertenziya simptomlar doğurmur, lakin insult, koronar ürək xəstəliyi və ürək çatışmazlığına səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sankt-Peterburq” telekanalına Şəhər Xəstəxanasının kardioloqu Vadim Yerinçek məlumat verib. 

Həkim vurğulayıb ki, tibbi müayinədən keçməklə “səssiz qatil” adlanan xəstəliyi müəyyən etmək mümkündür.

“Buraya təzyiqin ölçülməsi və xəstənin pozuntularını göstərəcək elektrokardioqrafiya daxildir. Ev şəraitində təzyiqin ölçülməsi məqsədəuyğundur. Səhər – yeməkdən əvvəl və axşam – yatmazdan əvvəl. Xəstə sistemlidirsə, qan təzyiqi gündəliyini aparır. Əgər belə bir xəstə həkimə gəlib son 5 günün rəqəmlərini ona göstərirsə, o zaman dərhal müalicə başlayır.

Eyni zamanda təzyiqi ölçməzdən bir saat əvvəl siqaret çəkmək, qəhvə içmək, idman etmək və ağır fiziki işlər görmək olmaz. 18-65 yaşlı insanlar üçün təzyiq norması 130/80 millimetr civə norması hesab olunur”, – həkim bildirib.

Gununsesi.info