İnterpol xətti ilə axtarılan Gürcüstan vətəndaşlarının 15%-ni azərbaycanlılar təşkil edir

  • By admin
  • 02 Yanvar 2018 21:15

İnterpol xətti ilə axtarılan 160 nəfərin 39%-ni Gürcüstan əsilli şəxslər təşkil edir.

Gununsesi.info xəbər verir ki, həmin şəxslərin 10-u (15%) etnik azərbaycanlılardır. Onlar arasında ən gənci 21 yaşlı Namiq Hüseynov adlı şəxsdir.

Həmin şəxslər arasında Rusiya tərəfindən terrorçuluqda təqsirli bilinən 25 yaşlı Aydan Qəribova da var.

Qətl, oğurluq və xuliqanlıqda təqsirli bilinən Gürcüstanın digər azərbaycanlı vətəndaşlarının 5-i Azərbaycan, 4-ü isə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Gununsesi.info