İnvestisiya üçün ən yaxşı dövlətlərin reytinqi açıqlandı

  • Müəllif: admin
  • 13 Aprel 2018 18:37

Dünya Bankı 2018-ci ildə investisiya mühiti üçün ən əlverişli dövlətlərin reytinini açıqlayıb.

Gununsesi.info Dünya Bankının hesabatına istinadən xəbər verir ki, reytinqə region dövlətlərin arasında yalnız Türkiyənin adı düşüb. Hələ ki, Qafqaz dövlətləri və Rusiya bu siyahıdan kənardadır.

Siyahıda ilk yeri Filippinin tutur. Bu ölkə 304.9 milyard dollarlıq ümumi daxili məhsula (ÜDM) sahibdir. Digər yerlər isə aşağıdakı kimidir.

2.İndoneziya. 261 milyon nəfərlik əhalisinin böyük hissəsi müsəlman olam bu ölkənin 932 milyard dollarlıq ÜDM-i mövcuddur.

  1. Polşa. 37.9 milyonluq əhaliyə, 469.5 milyard dollarlıq isə ÜDM-ə sahibdir.

4.Malaziya. 31.2 milyon əhalisi il 296.4 milyard dollarlıq ÜDM-ə sahibdir.

  1. Sinqapur. Əhali sayı 5.6 milyon, ÜDM-i isə 297 milyard dollardır.
  2. Avıstraliya. 24 milyon əhalisi olan bu ölkənin 1.2 trilyon dollar ÜDM-i var.
  3. İspaniya. 1.2 trilyon olmaqla, dünyada ən böyük ÜDM-ə malik olan dövlətlədən biridir. Əhalisinin sayı isə 46.4 milyon nəfərdir.
  4. Tayland. Əhalisinin sayı 68.9 milyon nəfər, ÜDM-i isə 406.8 milyard dollardır.
  5. Hindistan.Çindən sonra ən böyük əhaliyə sahib olan Hindistanın 2.3 trilyon ÜDM-i var.
  6. Oman. Əhali sayə 4.4 milyon, ÜDM-i isə 66.3 milyard dollardır.
  7. Çexiya. 10.6 milyon əhali sayına, 192.9 milyard dollarlıq ÜDM-ə sahibdir.
  8. Finlandiya. 5.5 milyon əhalisi olan bu ölkənin 236.8 milyard dollarlıq ÜDM-ə sahibdir.
  9. Uruqvay. ÜDM-i 52.4 milyard dollar, əhalisi isə 3.4 milyon nəfərdir.
  10. Türkiyə. 79.5 milyon əhali sayına qarşı 857.7 milyard dollarlıq ÜDM-i var.
  11. İrlandiya. Əhalisi Azərbaycanda 2 dəfə az olan bu ölkənin ÜDM-i 294 milyard dollardır.
  12. Hollandiya. 17 milyon nəfərlik əhali sayına, 770.8 milyard dollarlıq isə ÜDM-ə sahibir.
  13. Böyük Britaniya. 2.6 trilyon dollar ÜDM-ə malikdir. Əhalisinin sayı isə65.6 milyon nəfərdir.
  14. Braziliya. 207.7 milyon əhaliyə qarşı 1.8 trilyonluq ÜDM-i var.
  15. Fransa. 66.9 milyon əhali ilə 2.5 trilyon dollarlıq ÜDM-ə sahibdir.
  16. Çili gəlir. 17.9 milyon əhali ilə 247 milyard dollarlıq ÜDM-ə malikdir.

Vüsalə

Gununsesi.info