İpək yolundan daşınmalar 7.4 faiz artıb

  • Müəllif: admin
  • 14 Avqust 2017 16:18

ipekyolu_526

Cari ilin 7 ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4 faiz artım müşahidə edilib.

Gununsesi.info Dövlət Statistika Komitəsinəistinadən bildirir ki, bu dəhlizin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6   milyon ton-km olub.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində7,4 faiz artım olub. Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 faizini və ya 5037,3 min tonunu tranzit yüklər təşkil edib.

Vüsalə

Gununsesi.info