“iPhone X”in 2018-ci il modeli daha ucuz olacaq – Foto

“iPhone X”in 2018-ci il modeli daha ucuz olacaq –


“Apple” şirkətinin “iPhone”nun 10-cu ili münasibətilə çıxartdığı “iPhone X” modeli gözlənilən nəticəni verməyib.

Gununsesi.info xəbər verir ki, hətta satışlar aşağı olduğu üçün şirkət zavodlardakı istehsalı 2 qat azaldıb. Belə olan halda ekranları və bir sıra detalları “Samsung”dan aldığı üçün satışların aşağı olması “Samsung”a da ziyan vurdu. Bunları görən “Apple” 2018-ci il üçün çıxaracağı iPhone modellərində qiymətləndirmə siyasətlərində dəyişiklik edəcəyini bildirib:

“2018-ci il üçün çıxarılacaq “iPhone X” modeli daha ucuz olacaq. Həmçinin bu il satışa 3 fərqli iPhone modelı çıxarılacaq”.
Gununsesi.info

COMMENTS